Naxçıvanda güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi yaradılacaq

A- A A+

Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum yerli Nazirlər Kabineti, digər icraçı qurumlar isə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.

İlkin olaraq Ticarət Mərkəzinin yerləşəcəyi yerin müəyyən edilməsi, hüquqi bazanın formalaşdırılması, daha sonra Ticarət Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: