Naxçıvanda xüsusi gömrük rejimi yaradılacaq

A- A A+

Naxçıvan MR-in bütün ərazisi üçün gömrük rüsum güzəştini (siyahı üzrə Azərbaycanda istehsal edilən mallar istisna olmaqla) nəzərdə tutan xüsusi gömrük rejiminin (zonasının) yaradılması nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum Dövlət Gömrük Komitəsi, digər icraçı qurumlar isə yerli Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.

İlkin olaraq hüquqi bazanın formalaşdırılması, daha sonra xüsusi gömrük rejiminin (zonasının) fəaliyyətə başlaması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: