Gömrük Məcəlləsində dəyişiklik: İstehsalından 4 il ötən avtomobillər üçün utilizasiya haqqı alınacaq

A- A A+

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndinə əsasən Gömrük Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda təsdiq edib.

NUHÇIXAN xəbər verir ki, Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 828-VIQD nömrəli Qanununun 224.1-ci maddənin birinci abzasına “Dövlət rüsumu haqqında” sözlərindən sonra“, “Tullantılar haqqında” sözləri əlavə edilir.

Digər dəyişikliklə, 233-1-ci maddəyə əlavə edilir. Belə ki, minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.

Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: