Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib - FOTOLAR
Naxçıvan Baş Gömrük İdarəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) NUHÇIXAN-a bildirilib ki, təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin tabeliyində olan struktur bölmələrin, o cümlədən “Könüllü gömrükçü” dəstəsinin üzvləri iştirak ediblər.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev mövzunun aktuallığına dair fikirlərini bölüşüb və gömrük əməkdaşlarını təlimdə aktiv olmağa dəvət edib.
Sonra DGK-nin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusuna dair təqdimatla çıxış edib.
Təlimin sonunda auditoriyanı maraqlandıran suallar ətraflı cavablandırılıb.