Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit gömrük prosedurları asanlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutan Milli Məclis “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişi deputatların müzakirəsinə təqdim etdikdən sonra təsdiqləyib.
Qeyd edək ki, tərəflər arasında saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.
Qanun layihəsi səsvermədə sonra təsdiq edilib.