“Azərsu”: “Laçında şəhərdaxili şəbəkədə işlərin 95 %-i yekunlaşıb”

A- A A+

"Azərsu" ASC Laçın şəhərində daxili şəbəkədə işlərin 95 %-ni yekunlaşdırıb.

NUHÇIXAN xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

"Hazırda işğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı əsas işlər Şuşa və Laçında davam edir. Laçında mövcud mənbənin bərpası və mənbədə yeni anbarın, nasos stansiyasının və buradan şəhərə yeni yüksək təzyiqli magistral su kəmərinin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Eyni zamanda şəhərdaxili şəbəkədə də işlərin 95 %-dən çoxu icra olunub. Yəni Laçında mövcud mənbədən şəhərə suyun verilməsi təmin edilib. Bu ay həmin mənbədən yeni artezian və subartezian quyularına su veriləcək”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: