Azərbaycanda inflyasiya 2022-ci ildə demək olar, 14% idisə, 2023-cü ildə orta hesabla 12% olacaq.
NUHÇIXAN xəbər verir ki, bu proqnoz “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında yer alıb.
Qeyd edilir ki, inflyasiya bundan sonra 2025-ci ilə qədər tədricən 5%-ə enməlidir.
"Buna cavab olaraq, Azərbaycan Mərkəzi Bankı pul siyasətini ardıcıl olaraq sərtləşdirir", - agentlik qeyd edir.
S&P analitikləri hesab edirlər ki, əksər inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrdə olduğu kimi, Azərbaycanda da inflyasiya agentliyin proqnozlarını üstələməkdə davam edir və 2015-ci ildə manatın devalvasiyasından sonra qiymətlərin əhəmiyyətli dərəcədə artdığı 2016-2017-ci illər səviyyəsini üstələyir.
"Mövcud qiymət təzyiqi iqtisadiyyatın pandemiyadan sonrakı yenidən açılmasının təsiri, ərzaq qiymətlərinin inflyasiyası və qlobal tendensiyalarla əlaqədardır, çünki Azərbaycan xaricdən geniş çeşiddə mallar idxal edir və xaricdəki inflyasiya dinamikasından əhəmiyyətli dərəcədə təsirlənir", - məlumatda bildirilir.