Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 5 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 63,3 milyondan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və ya 17,9 milyon manat çoxdur.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Vergi Xidmətindən məlumat verilib
Təkcə bu ilin may ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz və ya 2,9 milyon manat artım qeydə alınıb.