Naxçıvanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

A- A A+

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 59,9 milyon manat təşkil edib.

NUHÇIXAN İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,4 % artaraq 16,6 milyon manat olub.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 16,9 % artaraq 1,5 milyon manata, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,9 % artaraq 9,3 milyon manata çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: