Cari ilin iyun ayının 20-dən Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalı “Buta Airways” və bir sıra xarici aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa edir.
AZAL-dan NUHÇIXAN-a bildirilib ki, iyunun 20-də saat 00:00-dan etibarən aşağıdakı aviaşirkətlər Bakı Hava Limanının 2-ci terminalına və terminaldan növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək:
“Buta Airways” – İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi, Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad, Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran;
“Israir Airlines” – Tel-Əviv;
“Wizz Air” – Budapeşt, Roma, Əbu-Dabi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalına və terminaldan yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu barədə əlavə məlumat veriləcək.