Türkiyəli nazir: Qars-Naxçıvan dəmir yolu layihəsi iki ölkə arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək

A- A A+

Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi ilə Orta dəhlizin yükgötürmə qabiliyyəti artacaq. Orta dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq ölkəmizin regionda strateji mövqeyini artıracaq.

NUHÇIXAN xəbər verir ki, bunu “Bloomberg”ə (Türkiyə) açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Zəngəzur dəhlizinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayan türkiyəli nazir qeyd edib ki, Zəngəzur dəhlizinin işlək olması ilə Orta dəhlizin dəmir yolu və avtomobil yük daşıma qabiliyyəti artacaq. Onun sözlərinə görə, yeni dəhliz işə başlayanda Qafqazla sərhəddə yerləşən bölgələrin nəqliyyat və enerji sahəsində iqtisadi cəhətdən güclənməsi, xüsusilə logistika sektoru üçün məşğulluğun artması planlaşdırılır.

Uraloğlu xəttin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdiyini, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini bildirib.

Xəttin Ermənistana məxsus hissəsinin Zəngəzur bölgəsindən keçəcək 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar aparılacağını bildirən Abdulkadir Uraloğlu əlavə edib ki, yol xətləri də paralel olaraq istifadəyə veriləcək.

Nazir Qars-Naxçıvan dəmir yolu layihəsi çərçivəsində iki ölkə arasında yeni nəqliyyat əlaqəsinin təmin ediləcəyinə diqqət çəkərək bildirib ki, Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bu yolla Qars stansiyaya alternativdir. Bununla yanaşı, Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə Naxçıvana qoşulmaqla, dəhlizə çıxmaq mümkün olacaq.

O qeyd edib ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğu üçün regional ticarətə müsbət təsir göstərəcək. Rusiya, Azərbaycan və Türkiyə arasında dəmir yolu şəbəkəsini genişləndirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: