Naxçıvanda azad sahibkarlıq mühiti yeni iş yerlərinin açılmasına səbəb olub - VİDEO
Muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar nəticəsində əlverişli biznes mühiti formalaşır. “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən azad iqtisadi zonaya çevrilən diyarımıza investorlar böyük maraq göstərir, yeni iş yerləri yaradılır.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul olunan dövlət proqramına uyğun olaraq azad iqtisadi zonaya çevrilən Naxçıvanda sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır. Sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılır. Bunun da nəticəsində yeni iş yerləri açılır, əhalinin məşğulluq imkanları daha da artır.
NUHÇIXAN xəbər verir ki, bu günlərdə Naxçıvanda fəaliyyətə başlayan “156” zəmanətli evakuasiya xidməti də artıq sürətli və təhlükəsiz şəkildə 7/24 muxtar respublika sakinlərinin xidmətindədir. Şəhərdaxili 20 manatdan başlayaraq xidmət göstərən şirkət muxtar respublikanın bütün bölgələrinə avtomobil və yük daşımaları həyata keçirir. Tələbata uyğun olaraq avtomobil və işçi sayının artırılması nəzərdə tutulur.
Naxçıvanda yeni fəaliyyətə başlayan özəl sahibkarlıq subyektlərindən biri də “Smart rent a car”dır. Şirkət müştərilərə günlük və saatlıq avtomobil icarəsi xidməti təklif edir. Burada toy məclisləri üçün maşınlar, sürücü ilə maşın icarəsi, hava limanından qarşılanma, yola salınma və digər bir sıra xidmətlər təklif olunur. İstər bahalı və təmtəraqlı, istərsə də orta və ekonom sinif səviyyəli maşınlarla tələbat tam şəkildə təmin edilir. Şirkətdə 6 nəfər 30 avtomobillə xidmət göstərir. Müştəri məmnuniyyəti qazanan “Smart rent a car” yaradılan azad sahibkarlıq şəraitindən yararlanaraq xidmətin səviyyəsini daha da yüksəltməyi, avtomobil və işçi sayını artırmağı qarşıya hədəf qoyub.
Sevgili Mustafazadə