Naxçıvanda Ticarət Mərkəzi yaradılacaq - VİDEO
Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramına əsasən Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcək, yeni Ticarət Mərkəzi yaradılacaq. Muxtar respublikada bu sahədə hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?
İqtisadçı ekspert Eyyub Kərimli hesab edir ki, bu Ticarət Mərkəzinin yaradılması muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə yanaşı, yeni iş yerlərinin açılmasına da şərait yaradacaq.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Turab Hacızadə