Ordubad konserv zavodu yenidən işə salınır

Bu ilin sonlarına konkret addımlar atılacaq

A- A A+

NUHÇIXAN  xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvan televiziyasının “Üzbəüz” proqramında bildirib.

Nazir qeyd edib ki, Ordubadın bağçılıq potensialı ənənəvi konservləşdirməni bərpa etməyə imkan verir. Yaxın gələcəkdə dəmiryolunun açılması ilə Naxçıvanda ən böyük ixrac məhsullarından biri də konservləşdirilmiş məhsullar olacaq. Buna görə də Ordubad rayonunda ənənəvi konservləşdirmənin bərpasına  sahibkarlar xüsusi maraq göstərirlər.

“Artıq müraciətlər var. İlkin yer seçimi həyata keçiriləndən sonra layihələndirmə işləri aparılacaq. Bu ilin sonlarına müəyyən addımlar atılmış olacaq”,- deyə nazir vurğulayıb.

Qeyd edək ki, Ordubad konserv zavodunun məhsulları keçmiş SSRİ-nin hər yerində böyük şöhrət tapmışdı.

Bu layihələr Prezident İlham Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: