Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, cari ilin iyunun 1-nə muxtar respublika ərazisində 1816 ədəd yeni nəsil NKA quraşdırılıb.
Cari ilin yanvar-may aylarında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 62,6 milyon manatdan artıq, təkcə may ayında isə ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub.