Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, dövlət satınalmaları ilə bağlı yeni qaydalarla bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, “Dövlət satınalmaları haqqında” qanun layihəsi Milli Məclisin iyunun 24-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
59 maddə, 10 fəsildən ibarət olan qanun layihəsinə əsasən, qanunvericiliyə avans təminatı, benefisiar mülkiyyətçi, çərçivə sazişi, qarant, icra təminatı, dövlət satınalmalarının vahid internet portalı və digər yeni anlayışlar daxil edilir.
Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.