“Apple”ın bazar qiyməti 3 trilyon dolları keçib

A- A A+

“Apple” şirkətinin kapitallaşması tarixdə ikinci dəfə 3 trilyon ABŞ dollarını ötüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-ın "Nasdaq" birjasının məlumatında deyilir.

Hərracda yerli vaxtla saat 09:42-dən sonra səhmlərin dəyəri təxminən 1,38% artaraq 192,21 dollardan yuxarı olub, nəticədə şirkətin kapitallaşması 3 trilyon dolları ötüb.

Qeyd edək ki, bu artım ilk dəfə 2022-ci ilin yanvarında qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: