Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş tədbirdə iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, "Cahan Holding"in rəhbəri və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Azərbaycan nümayəndə heyəti ilə birlikdə Türk Ticarət və Sənaye Palatası Birliyinin növbədənkənar toplantısında iştirak edib.
Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş tədbir "Yeni Özbəkistan: biznes və investisiya üçün yeni perspektivlər" mövzusuna həsr olunub. Dörd gün davam edən tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan və digər türk dövlətlərinin yüksək vəzifəli şəxsləri və iş adamları iştirak ediblər.