Rasmussen: "Ukrayna NATO-ya üzv olmazdan əvvəl təhlükəsizlik zəmanəti ala bilər"

A- A A+

NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində bir çox dövlətlər Ukraynaya Alyansa üzv olmazdan əvvəl təhlükəsizlik zəmanəti verə bilər.

NUHÇIXAN xəbər verir ki, bu fikri Şimali Atlantika Alyansının (NATO) keçmiş baş katibi Anders Foq Rasmussen Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, bir çox ölkələr sammitdən əvvəl Ukraynaya gələcəkdə Rusiyanın istənilən hücumundan müdafiə olunacağına dair vədi özündə əks etdirən sənəd imzalayacaq", - deyə keçmiş baş katib qeyd edib.

Rasmussen iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə ABŞ, Böyük Britaniya, Fransa və digər dövlətlərin Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını dəstəkləyəcəkləri barədə fikir bildirib.

Keçmiş baş katib əminliyini ifadə edib ki, Ukraynanın NATO-ya daxil olması Avropada uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsi üçün zəruridir. "Bu istiqamətdə addım atılacağını gözləyirəm", - o, təşkilatın dövlət və hökumət başçılarının qarşıdan gələn görüşündən danışarkən sözlərinə əlavə edib.

NATO 2008-ci ilin aprelində Buxarest sammitində Ukraynanın nəticə etibarilə alyansa üzv olacağına dair siyasi bəyanat qəbul etdi, lakin ölkənin təşkilata qoşulması üçün hüquqi prosedurda ilk addım olan Üzvlük Fəaliyyət Planını təqdim etmədi. 2019-cu ilin fevralında Ali Rada ölkənin NATO-ya üzv olmaq istəklərini təsbit edən konstitusiyaya düzəlişlərini təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, Kiyev alyansa qoşulmaq üçün konkret şərtlərin anlaşılmasına nail olmaq istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: