OPEC: 2045-ci ilə qədər neftə tələbat gündəlik 110 milyon barelə çatacaq

A- A A+

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 20 il sonra qlobal neft tələbinin gündəlik 110 milyon barelə yüksələcəyini, dünyanın enerji tələbatının isə 23 faiz artacağını açıqlayıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə OPEC-in baş katibi Haysam əl-Qays məlumat verib.

Haysam əl-Qays neftdən asılılığın yaxın gələcəkdə də davam edəcəyini bildirib: “Biz 2045-ci ilə qədər qlobal neft tələbinin gündə 110 milyon barelə yüksələcəyini proqnozlaşdırırıq. O vaxta qədər neftin qlobal enerji balansında payı 29 faiz səviyyəsində olacaq”.

Yaşıl enerjiyə qoyulan bütün sərmayələrə baxmayaraq, neftdən asılılığın davam edəcəyinə diqqət çəkən əl-Qays deyib: “2030-cu ilə qədər qlobal inkişafın davam etməsi nəticəsində dünyada yarım milyard insanın şəhərlərə köçəcəyini təxmin edirik. Beləliklə, dünyanın daha çox neftə ehtiyacı olacaq”.

OPEC-in baş katibi bərpaolunan enerji ilə bağlı fikirlərini də bölüşüb. Bərpaolunan enerji mənbələrinin gələcəkdə dünyanın enerji kompleksində daha böyük rol oynayacağını qeyd edən baş katib OPEC-ə üzv olan bəzi ölkələrin bu sahəyə artıq “əhəmiyyətli investisiyalar yatırdığını” diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: