Hazırda Azərbaycan, Malayziya, Bruney və Meksika ilə OPEC qrupuna üzv olmaq üçün danışıqlar aparılır.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu OPEC-in Baş katibi Haysam Əl-Qaysı bildirib.
Baş katib qeyd edib ki, bu addım təşkilatın gücünü artıracaq: “OPEC-ə üzv olmayan yeni ölkələrlə məsləhətləşmələr təşkilatın birləşməsinə və möhkəmlənməsinə töhfə verir. OPEC müəyyən sayda ölkənin üzvlüyünü məqsəd qoymur, neft bazarlarının saxlanmasında özü ilə eyni strateji oriyentasiyaya malik olan ölkələri hədəfləyir”.
Məsləhətləşmələrin aparıldığı 4 ölkənin 2017-ci ildən bəri OPEC ilə həmrəy olduğunu söyləyən Əl-Qaysı, bütün bu ölkələrin ümumi məqsədinin “neft bazarlarını sabitləşdirmək” olduğuna diqqət çəkib.
OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələr, o cümlədən Neft İxrac Edən Ölkələr Təşkilatı və Rusiya 2016-cı ildə Əlcəzairdə OPEC+ qrupunu yaradıblar.
OPEC hazırda 13 üzv ölkədən ibarətdir və onların arasında ən böyük hasilatçı sutkada 11 milyon barel gücü ilə Səudiyyə Ərəbistanıdır.