Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

A- A A+

“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”.

NUHÇIXAN xəbər verir ki, bunu Fransanın “TotalEnergies” şirkətinin rəhbəri Patrik Puyanne deyib.

Onun sözlərinə görə, qaz anbarları oktyabrda doldurulacaq: “Lakin Avropada qış soyuq keçərsə, qitədəki bu ehtiyatlar bütün qış mövsümü ərzində tələbatı ödəməyə kifayət etməyəcək. Nəticədə qaz daha baha qiymətə idxal edilməli olacaq. Hər şeyin tələb və təklifdən asılı olduğu bazarda dost qiymətlər yoxdur”.

Qeyd edək ki, Avropa hökumətləri qaz çatışmazlığının qarşısını ABŞ və Qətərdən dəniz yolu ilə daşınan bahalı mayeləşdirilmiş təbii qazla (LNG) alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: