"Air Astana" aviaşirkətinin Şarm-əl-Şeyx-Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
Bu barədə NUHÇIXAN-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
"Airbus A320neo" təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.