Naxçıvanda vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb

A- A A+

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2 936 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

NUHÇIXAN İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 88,3%-i fiziki, 11,7%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb. Cari ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 55,4%-i elektron qaydada, 44,6%-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Cari ilin 6 ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1 353 vahid olub. Cari ilin iyun ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub. Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş obyekti olan ƏDV ödəyicilərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 dəfə artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: