NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarısı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda bildirilib. Qeyd olunub ki, 2023-cü ilin 6 ayı ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 40 cinayət faktı aşkarlanıb. Narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı 26 cinayət işi açılıb. 2 halda qanunsuz olaraq ümumilikdə 51 ədəd tapança patronunun daşınması, 6 halda aksiz markası ilə markalanmalı olan malların belə markalanma olmadan idxal edilməsi, 4 halda xarici valyuta sərvətlərinin xaricdən qaytarılmaması, 2 halda dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qanunsuz idxalı faktları aşkarlanıb. Narkotik qaçaqmalçılığı faktları üzrə ümumilikdə 568,5 kq heroin, 139 qram həşiş qətranı, 47 qram marixuana, 26 qram tiryək, 11 qram psixotrop maddələr, 110 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 372 iş çox, yəni ümumilikdə 473 inzibati xarakterli hüquqpozma faktı aşkar edilb.