“Araz” Elm İstehsat Birliyinin əkin sahələrində taxıl biçininə başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində taxıl biçininə başlanılıb. Taxıl biçininə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 4 kombaynı cəlb olunub.
Biçinin gedişinə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova baxış keçirib.
“Araz” Elm-İstehsalat Birliyi tərəfindən 2022-ci ilin payızında 117 hektar sahədə bu ilin məhsulu üçün taxıl əkini keçirilib ki, onun da 107 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir.
Birlik əkin sahələrində “Qobustan”, “Əhmədağa”, “Konya”, “Fatimə”, “Bayraqdar” buğda və “Qarabağ-22”, “Qarabağ-33” arpa toxum sortların əkinini aparmaqla yanaşı, Rusiya Federasiyasından gətirilmiş “Alekseiç”, “Tanya”, “Qomer”, “Qrom” buğda sortlarının Naxçıvan şəraitində sınaq əkinlərini də həyata keçirib.
Hazırda Birliyin 41,6 hektar əkin sahəsində biçin aparılıb, orta məhsuldarlıq hər hektardan 27 sentner təşkil edib.