Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən bu ilin ötən dövrü ərzində  21 lisenziya verilib. Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, verilən lisenziyalar əczaçılıq, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, müxtəlif növ möhürlərin və ştampların hazırlanması, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsi fəaliyyət sahələrini əhatə edib.

Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: