Azərbaycanda minaaxtaran itlərin idxalının gömrük rüsumundan azad edilməsi müddəti 2 il artırılıb

A- A A+

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

NUHÇIXAN xəbər verir ki, dəyişiklikərə əsasən, Azərbaycanda minaaxtaran itlərin idxalının gömrük rüsumundan azad edilməsi müddəti daha 2 il artırılaraq 1 mart 2028-ci ilə qədər uzadılıb.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin yaradılması və yaxud istehsalı üçün texnologiyalar, avadanlıqlar, dəstləşdirici hissələr və xammal 1 mart 2028-ci ilə qədər - 5 il müddətinə gömrük rüsumundan azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: