Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
NUHÇIXAN xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini avqustun 2-si, saat 16:00-a qədər institutunun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 2-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.