"Azərsığorta" ASC Naxçıvan MR-də regional mərkəzini yaradaraq Naxçıvan Dövlət Sığorta Xidmətini tərkibinə daxil edib.
NUHÇIXAN bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, regional mərkəz muxtar respublikadakı Baş Dövlət Sığorta Agentliyinin bazasında təşkil edilib, vətəndaşlara müxtəlif növ sığorta məhsulları və xidmətlərini təklif edəcək.