Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 290 min manat ödəniş edilib

A- A A+

Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 290,1 min manat, bu ilin iyun ayında isə 66,9 min manat ƏDV məbləği geri qaytarılıb.

Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Yanvar ayı ilə müqayisədə iyun ayında qaytarılan məbləğ üzrə 3,2 dəfə artım olub.

Bu il iyulun 1-nə muxtar respublikada “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı 87-yə çatıb.

Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə %-i istehlakçılara geri qaytarılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: