Bu il Naxçıvan Baş Gömrük İdarəsi 500-dən çox hüquqpozma faktı aşkar edib

A- A A+

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 513 hüquqpozma faktı aşkar edilib.

Naxçıvan Baş Gömrük İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, aşkar edilən faktlardan 40-ı cinayət xarakterlidir və bunların 26-sı narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı olub.

Narkotik qaçaqmalçılığı faktları üzrə, ümumilikdə 568,5 kq heroin, 139 qram həşiş qətranı, 47 qram marixuana, 26 qram tiryək, 11 qram psixotrop maddələr, 110 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Bu ilin 6 ayı ərzində 473 inzibati xarakterli hüquqpozma faktı aşkar edilb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 372 fakt çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: