Naxçıvanda tikinti materialları bazarında qiymətlər aşağı düşüb - VİDEO

A- A A+

Naxçıvanın tikinti materialları bazarında ucuzlaşma müşahidə olunur. NUHÇIXAN xəbər verir ki, buna səbəb bazara Bakı şəhərindən gətirilən inşaat materiallarına görə qanunsuz rüsumların ləğv olunmasıdır.

Naxçıvan şəhərində tikinti materiallarının əsas satış mərkəzləri və iaşə obyektləri şəhərin Mustafa Topçubaşov  küçəsində yerləşir. Burada satışa çıxarılan inşaat materialları sırasında yerli və Türkiyə istehsalı materiallarla yanaşı, Bakı şəhərindən gətirilən Ukrayna və Rusiya mənşəli məhsullar da yer alır. Əvvəlki  illərdə  Bakı şəhərindən Naxçıvana gətirlən inşaat materiallarından qanunsuz olaraq əlavə rüsumlar alınırdı. Bu da təbii olaraq tikinti bazarında qiymətlərin yüksəlməsinə  gətirib çıxarırdı. Hazırda isə bu əlavə xərclər aradan qaldırılıb. Nəticə etibarı ilə hazırda bir çox inşaat materiallarında  qiymətlər ötən ilə nisbətən 15-20 faizədək aşağı düşüb. 

Hazırda tikinti materialları bazarında əsasən dam örtükləri, taxta, şalban, dəmir konstruksiya materialları, boya, divar kağızları və digər məhsulların qiymətində nəzərəçarpacaq endirim var. Belə ki, hazırda Bakıdan gətirilən armatur tonu əvvəlki ilə nisbətən 50-60 manat aralığında, qapı-pəncərə ötən ilə nisbətən 25-30 manat, dam örtükləri ölçüsündən asılı olaraq 9-12 manat aralığında  endirimlərlə satışa çıxarılır.

Qeyd edək ki, Naxçıvanda istehsal olunan tikinti materiallarına da maraq böyükdür. Xüsusilə yerli istehsal olan hörgü və dekorativ daşlar, sement, alçı, boya, istilik sistemləri və digər məhsullara tələbat artır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: