AMB-nin Naxçıvan idarəsinin rəhbərinin vəzifəyə təyin edilməsi qaydası dəyişib

A- A A+

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR-dəki idarəsinin rəhbərini müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verilirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: