Almatı-Tbilisi reysini həyata keçirən təyyarə tufan səbəbindən Bakı hava limanına eniş edib.
Bu barədə NUHÇIXAN-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.