"Himal Holding" iqtisadi-ticarət əlaqələrini genişləndirir

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün "Himal Holding" in rəhbəri Hacı Ələsgərov Azərbaycanda fəaliyyət göstərən "Okuklu" Holdinqin idarə heyətinin sədri Yılmaz Okuklu ilə birlikdə Iğdır Bələdiyyəsinin sədri Mustafa Güzelkaya  və "Mertcan Nəqliyyat" şirkətinin rəhbəri Tuncay Turanla görüşüb. İşgüzar görüş zamanı "Himal" holdinqlə Türkiyə, eləcə də İğdır şirkətləri arasında sərhəd ticarəti ilə bağlı bir sıra məsələlər müzakirə edilib. 

Görüşdə nəqliyyat, logistika, tekstil, qida laboratoriyası, mineral su satışları və digər sahələrdə əməkdaşlığın perspektivləri dəyərləndirilib.

Qonaqlar qarşılıqlı əməkdaşlıq imkanları, həyata keçirilən layihələr, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: