Naxçıvanda vergi daxilolmaları 38% artıb - YENİLƏNİB

A- A A+

2023-cü ilin 7 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 90,7 milyon manatdan artıq vergi daxil olub.

NUHÇIXAN xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz və ya 25 milyon manat çoxdur.

Qeyd edək ki, artımın səbəbi bu sahədə şəffaflığın təmin edilməsi ilə yanaşı, Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin də sayının çoxalmasıdır. Belə ki, aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 22,4% artıb. Hazırda aktiv vergi ödəyicilərinin sayı 15358-dir.  Yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 2022-ci ildə 1646 nəfər idisə, 2023-cü ildə bu rəqəm 2,2 dəfə artaraq 3540 nəfər olub. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 2022-ci ildə 472, 2023-cü ildə isə 3,4 dəfə artaraq 1619 olub. 

Nağdsız əməliyyatlar üzrə dövriyyədə bu ilin 6 ayında 2,8 dəfə artım müşahidə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: