Naxçıvan MR-də Maliyyə Nazirliyinin saytı "AzStateNet" şəbəkəsinə köçürülüb

A- A A+

Naxçıvan MR Maliyyə Nazirliyinin veb-saytı “nmaliyye.gov.az” domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

Bu barədə NUHÇIXAN-a muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, sayt təhlükəsizlik, istifadəçi rahatlığı nəzərə alınaraq müasir proqramlaşdırma dillərindən istifadə etməklə yenidən hazırlanıb. Onun optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də nazirliyin mütəxəssisləri zəruri texniki tədbirlər həyata keçirib.

Nazirliyin yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə gov.az domeninə bağlı e-poçt ünvanları ilə təmin ediləcək.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Naxçıvanda dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: