Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 3 dəfə artıb

A- A A+

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Şəhər Vergilər İdarəsinin xidmət strukturunun göstərdiyi xidmətlərin orta günlük sayı 46 olduğu halda, may ayında istifadəyə verilmiş xidmət mərkəzinin may-iyul aylarında göstərdiyi xidmətlərin orta günlük sayı 114, yəni 2,4 dəfə çox olub.

NUHÇIXAN bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, may-iyul aylarında Vergi ödəyicilərinə xidmət mərkəzində ümumilikdə 4 328 vətəndaş qəbul edilib və onlara 6 955 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,8 dəfə və 2,8 dəfə çoxdur.

Xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: