Darıdağ Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına verilib
NUHÇIXAN xəbər verir ki, Darıdağ Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına verilib.
Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev müalicəxanadakı vəziyyətlə tanış olub. Uzun müddət baxımsız vəziyyətdə qalan müalicəxanada vətəndaşların müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılacaq.