Naxçıvanda bu il istehlakçılara 374 min manat ƏDV məbləği geri qaytarılıb

A- A A+

Bu il avqustun 1-nə Naxçıvan MR-də yeni nəsil nəzarət-kassa aparatlarının sayı 1 896 ədəd, yanvar-iyul aylarında onlarla qeydə alınan dövriyyə isə 101,3 milyon manatdan çox olub.

NUHÇIXAN bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 7 ayda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 373,8 min manat, təkcə iyul ayında isə 83,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə iyul ayında istehlakçılara qaytarılan məbləğ 4 dəfə çox olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: