“Himal Holdinq”in rəhbəri və “Okuklu Holdinq”in Azərbaycandakı sədri, “İqdır Ticarət və Sənaye Palatası”nın sədri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Himal Holdinq”in rəhbəri Hacı Ələsgərov “Okuklu Holdinq”in Azərbaycandakı sədri Yılmaz Okuklu və “İqdır Ticarət və Sənaye Palatası”nın sədri Kamil Arslan ilə görüşüb.
İşgüzar iclasda "Himal Holdinq"in rəhbəri Hacı Ələsgərov son aylar Naxçıvan Muxtar Respublikasında böyük inkişaflar olduğunu, Türkiyədə, xüsusilə İqdırda olan iş adamlarını sərmayə qoymağa dəvət etdiyini, Naxçıvanda 4 hektar torpağın istehsal mərkəzlərinin yaradılması üçün ayrıldığını və tekstil şirkətlərinin buraya sərmayə qoya biləcəyini bildirib.
“Okuklu Holdinq”in İdarə Heyətinin sədri Yılmaz Okuklu bu fürsəti qiymətləndirmək lazım olduğunu və İqdırdakı iş adamlarını Naxçıvana sərmayə qoymağa dəvət etdiyini açıqlayıb.
Eyni zamanda “İqdır Ticarət və Sənaye Palatası”nın sədri Kamil Arslan səfərdən məmnunluğunu ifadə edərək: “Biz iki dövlət, bir millətik və Naxçıvanın inkişafı üçün əlimizdən gələni etməyə hazırıq”,- deyə vurğulayıb.
Görüşdə nəqliyyat, logistika, tekstil, qida laboratoriyaları, mineral suların satışı və digər sahələrdə əməkdaşlığın perspektivləri də vurğulanıb. Ziyarətçilər əməkdaşlıq imkanlarından, həyata keçirilən layihələrdən və ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər.