“Apple” sentyabrda ilin ən çox gözlənilən təqdimatını edəcək

A- A A+

“Apple” şirkəti 2023-cü ildə çoxdan gözlənilən illik təqdimatının tarixini açıqlayıb. Bu tədbir “Möcüzə həvəsi” mənasını verən “Wonderlust” adlanacaq.

NUHÇIXAN xəbər verir ki, tədbir 2023-cü il sentyabrın 12-də keçiriləcək.

Əvvəlki illərdə olduğu kimi, “Apple” şirkətinin illik tədbirində ən çox gözlənilən hadisə ən son “iPhone” seriyasının, yəni “iPhone 15”in təqdimatıdır. Şirkətin bu məhsulu haqqında çoxlu şayiələr dolaşırdı, rəsmi məlumata qədər batareya texnologiyaları, USB-C şarj cihazından tutmuş yeni çipsetlərə qədər bütün söz-söhbətlər bir iddia olaraq qalırdı.

Bundan əlavə, adətən “Apple” özünün illik təqdimatlarında ən son ağıllı saatları haqqında da məlumat verir.

“Apple” həm offlayn, həm də onlayn olaraq “Wonderlust” tədbirlərinə ev sahibliyi edir. Şirkət offlayn tədbirinə bir neçə dəvət göndərib. Dəvətnamədə qara, mavi və boz rənglərin sintezindən ibarət “Apple” loqosu təsvir edilib. “Möcüzə həvəsi” təqdimatı Kaliforniyanın Kupertino şəhərində yerləşən “Apple Park”dakı Stiv Cobs Teatrında baş tutacaq.

Bu arada, "Wonderlust" onlayn tədbirinə “Apple” şirkətinin rəsmi yutub kanalında da baxmaq olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: