AZAL: "Texniki səbəblərə görə təxirə salınan İstanbul-Bakı aviareysi bu gün günorta yerinə yetiriləcək"
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sentyabrın 1-də J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin bu gün günorta saatlarında yerinə yetirilməsi gözlənilir.
NUHÇIXAN AZAL-a istinadən xəbər verir ki, bu reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.
Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.
Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.
AZAL yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görür.