Azərbaycan Almaniyada keçiriləcək Beynəlxalq Qida və İçki Sərgisində iştirak edəcək

A- A A+

Azərbaycan Almaniyanın Köln şəhərində keçiriləcək "Anuga 2023" Beynəlxalq Qida və İçki Sərgisində iştirak edəcək.

NUHÇIXAN xəbər verir ki, sərgi oktyabrın 7-11-i tarixlərində baş tutacaq.

Artıq Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, "Anuga 2023" qida və içki sənayesi üçün aparıcı beynəlxalq ticarət sərgisidir və 2 ildən bir keçirilir. Qida sərgisinə 4,6 min yerli və xarici iştirakçının qatılması gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: