Naxçıvanda bu günədək 5335 ton buğda qəbul edilib - FOTOLAR

A- A A+

Naxçıvanda “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən strateji əhəmiyyətli məhsulun tədarükü davam etdirilir. NUHÇIXAN xəbər verir ki, hazırda  anbarda 14 min ton taxıl var. Bu il müəssisəyə taxıl tədarükü cari ilin iyun ayının 19-dan  başlayıb, hələlik təsərrüfatçılardan 5335 ton buğda qəbul edilib. Qəbul olunan yerli taxıl laboratoriyada analiz olunub, keyfiyyət göstəricilərinə uyğun olaraq 80 faizi un, 20 faizi isə kənd təsərrüfatı heyvanlarına hazırlanan yem üçün ayrılıb.

Qeyd edək ki, müəssisədə həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una və çörəyə olan  tələbatı ödənilir. Yerli buğdadan un istehsalının artması isə daxili bazarda unun qiymətinin növbəti dəfə aşağı düşməsinə səbəb olub. Belə ki, 50 kiloqramlıq unun qiyməti 37 manatdan 27 manata düşüb.

“Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində  hazırda müxtəlif növ un, yarma, kəpək, broyler quşları, eləcə də iribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün yemlər istehsal olunur və həmin məhsulların satışı həyata keçirilir. Müəssisə gündəlik 100 ton un, 70 ton yem və 21 ton müxtəlif çəkilərdə un paketləmə gücünə malikdir. “Bərəkət” brendi ilə satışa çıxarılan yerli unun keyfiyyətinin artırılması istiqamətində də müəyyən işlər görülüb.

Qeyd edək ki, muxtar respublikada 2022-ci ilin payızında 20 min 762, cari ilin yazında isə 405,7 hektar olmaqla, 21 min 247 hektar sahədə taxıl əkini aparılıb. Ümumilikdə, 19 min 797 hektara yaxın əkin sahəsində taxıl biçini həyata keçirilib, 49 min 267 tondan artıq məhsul toplanıb. Toplanan məhsulun 12 min 233 hektarını buğda, 9014 hektarını arpa təşkil edib. Orta məhsuldarlıq hər hektarda 24,9 sentner olub.  Ötən dövrdə məhsulun tədarükü və istehsalına da diqqət artırılıb.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: