Xarici iş adamları Naxçıvana səfər ediblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Çin Xalq Respublikası və Türkiyə Cümhuriyyətindən olan iş adamları Naxçıvana səfər edib. Səfər zamanı “Himal Holdinq”in rəhbəri ilə görüşən qonaqlar Naxçıvanda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrinin geniş potensialının araşdırılması və bu məhsulların beynəlxalq bazarlara çıxarılması perspektivlərini ətraflı müzakirə ediblər. Həmçinin Naxçıvandakı logistik zonaları nəzərdən keçirən, onların infrastrukturunu və imkanlarını qiymətləndirən nümayəndə heyəti Naxçıvanda investisiya mühitinin əlverişli olduğunu vurğulayıb.

Ümumilikdə, bu səfər Naxçıvanda güclü əlaqələrin qurulması, investisiyaların təşviqi, xüsusilə logistika və istehsal sektorlarının inkişafı və gələcək əməkdaşlıq üçün münbit şəraitin yaradılması istiqamətində mühüm addımdır. Bu müzakirələr regionda iqtisadi inkişafın və ticarət imkanlarının artırılması, həmçinin Naxçıvan, Çin və Türkiyə arasında əlaqələrin gücləndirilməsi üçün böyük potensiala malikdir.

Məlumat üçün bildirək ki, Naxçıvana səfər edən investorlar dünya səviyyəli logistika şirkətlərinin sahibkarları kimi tanınırlar. Çinin böyük investisiya təşkilatına rəhbərlik edən Jiang Yuxiang və Rusiya, Çin və Türkiyə arasında əlaqələr üzrə ixtisaslaşmış əhəmiyyətli logistika şirkətinin sahibi Askar Sadık bu sahədə dünya miqyasında tanınan şəxslərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: