OPEC 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu saxlayıb və 2,4 milyon barel artaraq sutkada 102 milyon barelə çatacağını proqnozlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda neftə olan tələbatın 2023-cü ildə gündəlik 120 min barel artaraq orta hesabla 46,1 milyon barel olacağı gözlənilir. OECD-yə daxil olmayan ölkələrdə isə ümumi neft tələbatının təxminən 2,3 milyon barel artaraq orta hesabla 55,9 milyon barelə çatacağı gözlənilir.
OPEC Çin iqtisadiyyatı ilə bağlı vəziyyətin yaxşılaşması fonunda 2024-cü ildə dayanıqlı qlobal iqtisadi artımın neft istehlakının artmasına səbəb olacağını gözləyir. Qlobal neft tələbinin illik müqayisədə sutkada 2,2 milyon barel artacağı proqnozlaşdırır.
OECD ölkələrində neftə tələbatın gündəlik 0,26 milyon barel artacağı gözlənilir. OECD-yə daxil olmayan ölkələrdə tələbatın gündə təxminən 2 milyon barel artacağı proqnozlaşdırılır. Ən böyük artım isə Çin və Hindistanda müşahidə olunacaq.