“Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu, Cənubi Qafqazdakı normallaşma prosesi ilə bağlıdır: “Azərbaycanla daim təmasdayıq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına mühüm töhfə verəcək”.