Naxçıvan məhsulları “WorldFood Moscow 2023” Beynəlxalq ərzaq sərgisində təmsil olunur - FOTOLAR
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sentyabrın 19-da Moskvadakı “Krokus-Ekspo” Sərgi Kompleksində 32-ci “WorldFood Moscow” Beynəlxalq ərzaq sərgisi açılıb. Bu il “WorldFood Moscow” sərgisində 39 ölkədən 1000-dən çox şirkət öz məhsullarını təqdim edir.
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, qurudulmuş meyvə, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 19 Azərbaycan şirkəti ilə təmsil olunur.
“Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikada fəaliyyət göstərən “ENNA” MMC, “Badamlı Mineral Sular” MMC, Babək “Sirab” ASC və “Savalan-S” kiçik müəssisəsi iştirak edir. “WorldFood Moscow” sərgisində iştirakçı müəssisələr tərəfindən istehsal olunmuş enerji içkiləri, soyuq çaylar, sərinləşdirici içkilər, müxtəlif çeşiddə qazlı və qazsız “Sirab” və “Badamlı” mineral suları və digər qida məhsulları geniş çeşiddə təqdim olunur. “ENNA” MMC vahid ölkə stendi ilə yanaşı, kirayələdiyi fərdi pavilyonda da məhsullarını nümayiş etdirir.
Qeyd edək ki, sərgi sentyabrın 22-dək davam edəcək.